"Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" üzərində 2:0 hesabıyla ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəldikləri cavab matçından sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, çalışdırıcı oyunun kifayət qədər çətin keçdiyini söyləyib:

"Bakıdakı görüşə zəif başlamışdıq. Öz meydanımızda isə gücümüzü göstərdik. Matç kifayət qədər ağır alındı. Bir neçə epizodda topu dirəyə vurduq. Növbəti mərhələdə "Vaduts"la üz-üzə gələcəyik. İlk oyundan sonra rəqib komandanı təhlil etmişik. Məqsədimizə çatmağa çalışacağıq”.