UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin "Rapid"ə qarşı matçından öncə mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, Avstriya klubunun baş məşqçisi Ferdinand Feldhofer "Neftçi" ilə matçın çətin keçəcəyini bildirib:

"Çox gözəl şəhərdir. Buranın gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah buradan qələbə ilə ayrılacağıq. III təsnifat mərhələsində asan rəqib olmadığını bilirik. Bu komandanı çoxdan izləmişik. Ötürmələri əla edirlər. Bu komandaya düşünməyə imkan verməməliyik. Driblinq etməyi bacarırlar".

 "Bakcell Arena"dakı mətbuat konfransına Bakıdakı tıxac səbəbindən gecikən "Rapid"in baş məşqçisi bunun sabahkı matça təsir etməyəcəyini qeyd edib:

"Traffik problemi bütün ölkələrdə var. İnanmıram ki, bu bizə sabahkı oyunda psixoloji problem yaradar. Ancaq nəzərə alsaq ki, hava sabah isti olacaq, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı biruzə verməyək".