UEFA Konfrans Liqasının III təsnifat mərhələsi üzrə "Araz-Naxçıvan" - "Omoniya" oyunundan sonra Muxtar Respublika təmsilçisinin baş məşçqisi mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:
"Bizim üçün ağır oyun oldu. Komanda olaraq müqavimət göstərə bilərdik. Təcrübəli rəqib olduğunu bilirdik. Komanda olaraq zəif oynadıq. Bu kimi oyunlarda bu qədər səhvlər nəticəsiz qalmır. Bu nəticəni unudub, davam etmək lazımdır. İlk gündən komandanı hücumda görmək istəyirəm. Komandanı hər iki fazada hazırlamışdıq, alınmadı. Qarşıdakı səfər oyununa hazırlaşacağıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" və "Omoniya" arasında cavab oyunu bir həftə sonra Kiprdə baş tutacaq.



