Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan”ın “Aris”ə qarşı oyunları Rumıniya və Yunanıstan hakimlərinə tapşırılıb.

Offsideplus.az xəbər verir ki, iyulun 24-də saat 20:00-da Bakıda oynanılacaq ilk matçı Rumıniyadan olan hakimlər briqadasını idarə edəcək. Görüşün baş hakimi Andrey Kivulete yan xətt hakimləri qismində Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

İyulun 31-də Yunanıstanda (Bakı vaxtı ilə saat 22:15) keçiriləcək cavab görüşünün baş hakimi isə şotlandiyalı David Dikinson olacaq. Ona yan xətt hakimləri kimi Fransis Konnorla Conatan Bell köməklik göstərəcəklər. Rayan Li isə dördüncü hakim olacaq.