FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli hakim Konfrans Liqası oyunu idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, "KuPS" (Finlandiya) və "Lex" (Polşa) komandaları arasında keçiriləcək matçda fit çalacaq.
Meydanda ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli assistentlik edəcəklər. Eyni zamanda, Elçin Məsiyev dördüncü hakim qismində texniki zonada ədaləti qoruyacaq.
VAR-da ingiltərəli Stüart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.
Qeyd edək ki, qarşılaşma fevralın 19-da, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.



