Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Makkabi" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis oyun boyu mərhələ keçəcəklərinə inandığını qeyd edib:
"Bu iki oyundan əvvəl bizə 1 % belə şans vermirdilər. Amma oyun boyu inanırdım ki, biz mərhələ keçə bilərik. Bu gün "Makkabi" bizdən daha yaxşı idi. Hər iki matçda favorit komandaya qalib gəlmək çətindir. Oyunçularım qəhrəmandır. Aslanlar kimi döyüşdülər. Mərhələ keçməyə layiq idik. Qarşılaşmadan əvvəl inanırdım ki, bacaracağıq. Niyə də bunu bacarmayaq?"
Mütəxəssis penaltilər seriyasında Mamik Ələskərova şans verib-verməməsi haqda da danışdı:
"Futbolda hər zaman xoşagəlməz hallar olur. Olanlar keşmişdə qaldı, Namikdən soruşdum kİ, penaktiləri yerinə yetirmək istəyirsən, o da yox dedi".