II Liqa təmsilçisi "Araz-Saatlı"nın yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisinin sükanı arxasına yerli mütəxəssis Elşən Atakişiyev keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna qədər uşaq futbolunda çalışan," UEFA C" kateqoriyalı E.Atakişiyev ilk dəfə bu mövsüm böyük futbolda debüt edəcək. O, futbolçu kimi "MOİK", "İnşaatçı"(Sabirabad) və İmişlinin "Lokomotiv"  klublarının formasını geyinib və 23 il qabaq İmişli təmsilçisinin heyətində I Liqanın qalibi olub.