II Liqada çıxış etmək uğrunda oyunun vaxtı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, pley-off matçı II Liqada 13-cü yeri tutmuş “Lerik” klubu ilə Region liqasının 2-cisi “Şirvan” komandası arasında olacaq.
Bununla əlaqədar sabah AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə ediləcək.
Qarşılaşma mayın 29-da saat 16:00-da "ASCO Arena"da başlanacaq.
Matç "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.



