Futbol üzrə Azərbaycan çempionatının II Liqasında sonuncu, XXVI tura start verilib.
Offsideplus.az xəbər verir ki, öz meydançasında "Lerik"ə uduzan "Füzuli" çempionatda yerini itirib.
Axırıncı tur ərəfəsində rəqibindən 1 xal geri qalan "Füzuli"yə yalnız qələbə lazım idi. Ancaq komanda bu vəzifənin öhdəsindən gələ bilməyib.
"Füzuli"ni 2025/26 mövsümündə AFFA Region Liqasının qalibi əvəz edəcək.
II Liqa, XXVI tur
"Füzuli" - "Lerik" 0:1
"Şimal" - "Göygöl" 2:0
"Kür-Araz" - "Ağdaş" 1:4