Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümü start götürəcək.

Offsideplus.az xəbər verir ki, ilk gündə 1-ci turun 3 matçı keçiriləcək.

"Göygöl" "Şimal"la, "Haypers Quba" "Saatlı-Araz"la, "Lerik" isə "Füzuli" ilə üz-üzə gələcək. Turun digər matçları 2 sentyabr tarixlərində oynanılacaq.

16:30  "Göygöl" – "Şimal"

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev

Göygöl OİK stadionu

17:00 "Hypers Guba" – "Saatlı Araz"

Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Rasim Axundov, Emin Abdullayev

Quba OİK stadionu

17:00. "Lerik" – "Füzuli"

Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Mirnihad Seyidov, Nazim Abdullayev

Lənkəran OİK stadionu