Antoni Marsial yeni klubunda ən çox qazanan futbolçu olacaq.

Offsideplus.az xəbər verir ki, Yunanıstan təmsilçisi AEK ulduz futbolçunu heyətinə qatdığını açıqlayıb. Klub oyunçunu "azad agent" kimi komandaya cəlb edib.

Yunan mətbuatında yayılan xəbərlərə görə, Marsial ilinə 2.5 milyon avro qazanacaq. Bu da onu Atena klubunun tarixində ən yüksək maaş alan oyunçu edəcək. 

Qeyd edək ki, 2015/16 mövsümündə 60 milyon avroya "Monako"dan "Mançester Yunayted"ə transfer olunan fransalı liqada  çıxdığı 209 matçda 63 qola və 27 məhsuldar ötürməyə imza atıb.