Fransa nəhəngi PSJ "Barselona" və İspaniya millisinin 17 yaşlı vingeri Lamin Yamalı transfer etmək üçün ciddi addımlar atır.
Offsideplus.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Paris klubu gənc futbolçunun Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamaması üçün ona təzyiq göstərir. PSJ-nin planı Yamal üçün Mbappenin əvvəlki maaşından daha çox olan yüksək maaşlı müqavilə təklif etməkdir. Bu təklif reallaşarsa gənc istedad klub tarixinin ən çox qazanan futbolçusu olacaq.
Bundan əvvəl, Yamalın 18 yaşı tamam olduqdan sonra "Barselona" ilə yeni və yaxşılaşdırılmış şərtlərlə müqavilə imzalayacağı xəbərləri dolaşırdı. Hazırda onun Kataloniya klubu ilə olan müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm 38 oyuna çıxıb, 13 qol vurub və 17 assist edib."Transfermarkt" portalının məlumatına görə, onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.