Futbol üzrə II Liqada XVII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, hesabat turunda maraqlı nəticələr qeydə alınıb.
"Şahdağ Qusar" cari mövsümdə ilk dəfə xal itirib. Liderin ən yaxın izləyicisi "Şəfa" ardıcıl 6-cı qələbəsini qazanıb. Bu dəfə bakılılar 10:0 hesablı qələbə qazanıblar.
Bu gün keçirilən matçlar zamanı isə medallar uğrunda mübarizə aparan "Hypers Guba" autsayder "Füzuli"yə qalib gələ gəlməyib. Bundan yararlanan "Şimal" 3-cü pillədəki mövqeyini möhkəmləndirib.
18 mart
"Sheki City" - "Göygöl" 1:1
"Lerik" - "Ağdaş" 3:2
"Şəmkir" - "Şahdağ Qusar" 1:1
"Araz Saatlı" - "Şəfa" 0:10
19 mart
"Füzuli" - "Hypers Guba" 3:3
"Şimal" - "Qusar" 1:0
"Kür-Araz" - "Dinamo" 1:3