"Barselona" daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, kataloniyalıların üzvü Fermin Lopez məşq zamanı zədələnib. Təzəlikcə sağalan yarımmüdafiəçi sağ budunun əzələsini dartıb.

Məlumatı klubun mətbuat xidməti yayıb. 

21 yaşlı oyunçu 3-4 həftədən sonra yenidən yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, "Barselona"nın heyətində Dani Olmo da zədəlidir.