"Barselona" Robert Levandovskidən sonra yerinə gətiriləcək futbolçu üçün planlamalara başlayıb.

Offsideplus.az xəbər verir ki  Kataloniya klubu "Sportinq"in oyunçusu Viktor Gyökeresi heyətinə cəlb etmək istəyir. Bu barədə "Todofichajes" məlumat yayıb.

Məlumatda isveçli forvardın transferinin yüksək məbləğə başa gələcəyi bildirilib. Ancaq oyunçunun performansının klub tərəfindən çox bəyənildiyi üçün mümkün bütün addımların atılacağı qeyd olunub.

Gyökeres yeni mövsümdə meydana çıxdığı 9 matçda 12 qola və 5 məhsuldar ötürməyə imza atıb.