Cud Bellinqem "TNT Sports"a açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ingiltərəli "Real"ın "Ştutqart"ı 3:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra mövsümün əvvəlində komandada olan problemlərdən danışıb:

"Yenidən komanda formalaşdırmaq bizim üçün çətindir. Kroosun itirilməsi oyun üslubumuza təsir edir. Ritmimiz azalıb. Toni xüsusi biridir. Onun yoxluğunu əvəz etmək olmaz. Biz problemi həll etmək üçün yollar axtarmalıyıq. Meydanın mərkəzindəki boşluğu doldurmalıyıq".