"Füzuli" heyətinə yeni oyunçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, komanda "Hypers"də çıxış edən Ruslan Poladovu transfer edib. 

Anlaşmaya əsasən futbolçu mövsümün sonuna kimi II Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 44 yaşlı oyunçu karyerası ərzində "Xəzər-Lənkəran", "Simurq", "Sumqayıt", "Zirə", "Qaradağ Lökbatan" kimi klublarda oynayıb.