"Maddi problemlərə görə təlim-məşq toplanışı keçə bilmədik. Avqustun 20-dən etibarən toplaşacağıq. Şəkidən olan oyunçulardan ibarət komanda yığılacaq. Ötən mövsüm klubda 15-ə yaxın futbolçunu digər bölgələrdən gətirmişdiksə, bu il heyət yerlilərimizdən təşkil olunacaq. Təxmini 10 yeni oyunçu cəlb etməyi düşünürük".
Bu sözləri Offsideplus.az-a açıqlamasında II Liqa təmsilçisi "Şəki Siti"nin prezidenti Elgün Hüseynov komandanın yeni mövsümə hazırlıq prosessindən danışarkən bildirdi.
Klub rəhbəri maliyyə sıxıntılarını aradan qaldırmaq üçün müxtəlif kampaniyalar keçirəcəklərini qeyd etdi:
"Min nəfərin on manatdan ianə edəcəyi "1000 şəkil" adlı yardım aksiyası keçirməyi planlaşdırırıq. Bilet satışları, konsertlər, lotereyalar vasitəsilə maddi cəhətdən ayağda qalmağa çalışacağıq".