II Liqada çıxış edən "Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, komanda son olaraq "İmişli"də çıxış edən Ruslan Hacıyevi heyətinə cəlb edib. Məlumatı klubun mətbuat xidməti yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd ki, "Qarabağ"ın yetirməsi olan futbolçu "Səbail", "İrəvan" kimi klublarda çıxış edib.