Şimal bölgəsinə səfər çərçivəsində Futbolun İnkişaf Fondunun əməkdaşları Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə görüşüblər.

Offsideplus.az xəbər verir ki, görüşdə qurumun icraçı direktoru Tural Piriyev ilə "Şimal"ın nümayəndələri Elxan Yusifli və Qılman İbrahimov iştirak edib. Tədbir zamanı icra başçısına klubun hazırki fəaliyyəti və görülən işlər barədə məlumat verilib.

Görüşdə qarşıdakı dövrlərdə bölgə camaatının klub ətrafında sıx birləşməsi, həmçinin sahibkarların cəlb olunması ilə yanaşı, mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Şimal” ötən mövsüm Region Liqasının qalibi olub və II Liqaya vəsiqə qazanıb.

#FutbolunİnkişafFondu