Ermənistanın paytaxtı İrəvanda 27 fevral - 5 mart tarixlərində 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan bu turnirdə iştirak etməyəcək. Bunu yığmanın baş məşqçisi İradə Aşumova açıqlayıb:

"Biz tərəfindən III MDB Oyunları zamanı erməni idmançılara dövlət tərəfindən təhlükəsizlik zəmanəti verilmişdi. Onlar gəlib burada yarışmadı. Ona görə də biz də qərar verdik ki, həmin Avropa çempionatında iştirak etməyək. Bunun üçün heç dövlət qurumuna müraciət də etmədik".

(prosport.az)