Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko ilk dəfə beynəlxalq matça təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən buna layiq görülüb.
Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Y. Parxomenko CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Görüş noyabrın 27-i İstanbulda baş tutacaq.



