Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə tək qarşılaşma olacaq.

"Milli Aviasiya Akademiyası" və "Azərreyl" üz-üzə gələcək.

Görüş "Milli Aviasiya Akademiyası"nın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.