Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri kişilərin qısa proqramı ilə start götürüb. 

Offsideplus.az xəbər verir ki, qısa proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.

Turnirin nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Minkyu Seo 82.67 xalla 1-ci yerə, Birləşmiş Ştatlardan olan  fiqurlu konkisürən  Patrick Blakwell 75.86 xalla 2-ci yerə, Belçikalı  atlet Denis Krouglov  isə 73.75 xalla 3-cü yerə sahib olublar.