Bu gün Bakıda ISU Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri start götürəcək.

Offsideplus.az xəbər verir ki, turnir Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3 gün davam edəcək. Bu gün saat 14:00-14:20 arası açılış mərasimi baş tutacaq.

Saat 14:30-17:30 kişilərin, saat 17:45-22:00 arasında isə qadınların qısa proqramı baş tutacaq.

Qeyd edək ki, qadınların yarışında 3 firqulu konkisürənimiz var: Səbinə Əliyeva, Arina Kalugina və Leyli Axundova. Cütlüklərin mübarizə apardığı ritm rəqsində isə Anna Obrien və Dreyk Tonq Azərbaycanı təmsil edəcək.