Bu gün Macarıstanın paytaxtı Budapeşt Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresinə ev sahibliyi edib.

Offsideplus.az xəbər verir ki, nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.