Kikboksinq və muay-tay üzrə 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyasının prezidenti Araz Musayev bıçaqlanıb.
Offsideplus.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Yayılan video görüntülərdə A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. O, Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
Videonu təqdim edirik: