Bakıda təşkil olunan bədii gimnastika üzrə Dünya Kuboku başa çatıb.

Offsideplus.az xəbər verir ki, 39 ölkə idmançılarının qatıldığı turnirin son günündə fərdi və qrup hərəkətləri üzrə komandalar arasında mükafatçılar məlum olub.

Milli Gimnastika Arenasında keçirilən yarışda komandalar ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.

Dünya Kubokunda ən çox xal toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunub.

Xatırladaq ki, sözügedən yarış paytaxtımızda 9-cu dəfə keçirilirdi.