Bu gün Azərbaycan idman tarixində əlamətdar günlərdən biri kimi yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) Baş Məclisinin IX hesabat-seçki konfransı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. Dövlət başçısı növbəti 4 ildə quruma rəhbərlik edəcək.
Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.
Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qeyd edək ki, İlham Əliyev 1997-ci il iyulun 31-dən ölkənin ən böyük idman qurumu sayılan MOK-a rəhbərlik edir.