2025-ci il Formula 1-də yeni pilotlar olacaq.
Offsideplus.az xəbər verir ki, yaşları 18 ilə 22 arasında dəyişən yeniyetmə sürücülər arasında ən çox Liam Lawson seçilir. 22 yaşlı Louson "Red Bull"-dan ayrılan Serxio Peresin yerini doldurmağa çalışacaq.
Yeni Ferstappen: "Mersedes"-də Lyuis Həmiltonu əvəzləyən Antonelli komandasına tam etibar edir. Ardıcıl iki Formula-4 çempionu olan 18 yaşlı Antonelli yeni Maks Ferstappenə bənzədilib.
Qeyd edək ki, Formula-1 2025 mövsümü mart ayında Avstraliyada başlayacaq.