Türkiyə Həndbol Federasiyasının (THF) prezidenti Məsud Çəbi canlı yayımladıqları Super Liqa matçlarında VAR sisteminin tətbiqi üçün işə başladıqlarını bildirib.
Offsideplus.az xəbər verir ki, Çebi açıqlamasında Avropa Həndbol Federasiyası (EHF) ilə Avstriyanın paytaxtı Vyanada keçirilən 17-ci Prezidentlər Konqresi və EHF 16-cı Fövqəladə Baş Assambleyasında türk həndbolunun gələcəyi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Konqresdə 2026-cı ildə Türkiyədə və 4 ölkədə keçiriləcək Qadınlar arasında Həndbol üzrə Avropa Çempionatı ilə bağlı görüş keçirdiklərini ifadə edən Çebi, " Fikir mübadiləsi apardıq. Nə qədər istəkli olduğumuzu gördülər".