Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi Jordi Canals Fontan Şahdağda keçirilən Dünya Kuboku barədə jurnalistlərə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi Azərbaycanın qonaqpərvərliyini xüsusi vurğulayıb:
“Burada olan bütün idmançılar və biz xoşbəxtik. Hazırda möhtəşəm xizək kompleksindəyik. Bizim üçün ən önəmli faktor Azərbaycanın qonaqpərvərliyi oldu. Ümid edirəm ki, burada keçirilən Dünya Kuboku bundan sonrakı beynəlxalq tədbirlərə, Avropa Çempionatlarına da zəmin yaradacaq və bu, davamlı olacaq”.