Toni Kroos bu il "Qızıl top" mükafatını qazanmağa haqq edən bir neçə futbolçunun adını açıqlayıb. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi bunları söyləyib:

"Vinisius Junior, Cud Bellingem və Daniel Karvaxalın layiq olduğunu düşünürəm. Mən özümdə bu mükafatı haqq edirəm. Əsas istəyim mükafatın "Real"a qalmasıdır".

Qeyd edək ki, "Qızıl top"un sahibinin adına oktyabrın 28-də Parisdə aydınlıq gələcək.