"Neftçi"nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin milli komandasının heyətində növbəti rəsmi matça çıxıb.
Offsideplus.az xəbər verir ki, Sent Martin millisi KONKAKAF Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Sent-Lüsiya yığması ilə qarşılaşıb.
Lebonun komandası doğma meydanda baş tutan bu oyunda 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Lebon 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, oktyabrın 15-də bu komandalar yenidən üz-üzə gələcəklər.