Azərbaycan cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin bürünc medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, bu uğura millimizin üzvü Acelya Toprak imza atıb.
Dünən Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.
Acelya Toprak (57 kq) startda Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirə bilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdən üstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədə səbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrunda yarışıb. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanan cüdoçumuz burunc medala yiyələnib.
Qeyd edək ki, turnirə oktyabrın 12-də yekun vurulacaq.