Üçqat olimpiya çempionu İrina Rodnina Yevgeni Pluşenkonun vətənpərvərlik hissinin olmamasında ittiham edilməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Rodnina Pluşenkonu müdafiə edib:

"Pluşenkonu vətənpərvərlik hissinin olmamasına görə tənqid edirlər? Oğlunun idman vətəndaşlığını dəyişərkən onun hansı arqumentlərə əsaslandığını anlamaq lazımdır. Bizim ölkədə təkcə idmançılar vətəndaşlıqlarını dəyişmirlər. Digər şəxslərin hamısının vətənpərvərlik hisslərinin olmamasında ittiham edildiyini xatırlamıram. Əgər Rusiyadakı bəzi şəraitlər insanları qane etmirsə, onların ölkəni və vətəndaşlığı dəyişmək hüququ var.

Saşanın Azərbaycan millisinə keçidinin mənəvi-etik tərəfini yalnız jurnalistlər qabardır. Nədənsə heç kim hazırda Bakıda fəal şəkildə buz mərkəzinin tikilməsindən və atasının sadəcə oraya işləməyə dəvət oluna biləcəyindən danışmır. Hamı bu vəziyyətə yalnız üzdən baxıb, hadisənin pərdəarxasını isə bilmirlər. Amma çox tez nəticə çıxardılar".

Qeyd edək ki, Pluşenkonun 13 yaşlı oğlu Aleksandr bundan sonra Azərbaycanı təmsil edəcək.