Novak Cokoviç "Rolan Qarros"un ikinci mərhələsində Valentin Ruayeni məğlub edib – 6:3, 6:2, 6:7(7), 6:3.

Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi ardıcıl 20-ci ildir ki, bu turnirin üçüncü mərhələsinə yüksəlir – o, 2006-cı ildən bəri "Rolan Qarros"da bunu hər mövsüm bacarır.

Cokoviç bir "Böyük Dəbilqə" turnirində üçüncü mərhələyə yüksəlmə sayına görə Rocer Federerə məxsus rekordu təkrarlayıb – hər ikisinin aktivində 21 belə uğur var.

Ruaye ilə qarşılaşma Cokoviç üçün "Rolan Qarros"un fərdi yarışlarında 120-ci matç olub. Bu, Açıq Era tarixində bir "Böyük Dəbilqə" turnirində keçirilən oyunların sayına görə rekorddur.

Bundan əvvəlki rekord Federerə məxsus idi – isveçrəli tennisçi "Uimbldon"da 119 matç keçirmişdi.

Serbiyalı turnirin ikinci həftəsinə (dördüncü mərhələyə) vəsiqə qazanmaq üçün Joao Fonseka – Dino Prijmiç cütlüyünün qalibi ilə qarşılaşacaq.