Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk partiyalarına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı arasındakı ilk qarşılaşma bərabərliklə başa çatıb. Qadınların finalında isə Ülviyyə Fətəliyeva rəqibi Ayan Allahverdiyevaya qalib gələrək üstünlük əldə edib.
Bürünc medal uğrunda gedən görüşlərdə isə bu nəticələr qeydə alınıb:
-
Aydın Süleymanlı Read Səmədovu məğlub edərək üçüncü yer üçün şanslarını artırıb.
-
Türkan Məmmədyarova və Gülnar Məmmədova arasındakı ilk görüşdə qalib müəyyənləşməyib.
Qeyd edək ki, ikinci partiyalar sabah keçiriləcək.


