Şahmat üzrə Azərbaycan çempionatında mübarizə sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində ilk finalçı müəyyənləşib.
Məhəmməd Muradlı Read Səmədovla keçirilən cavab görüşündə qələbə qazanaraq adını finala yazdırıb.
Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı arasındakı ikinci partiya da bərabərliklə yekunlaşıb. Bu cütlükdə finalçının kimliyinə tay-brekdə aydınlıq gələcək.
Qadın şahmatçıların yarışında artıq finalçılar və bürünc medal uğrunda oynayacaq tərəflər bəllidir:
Final: Ülviyyə Fətəliyeva - Ayan Allahverdiyeva
3-cü yer uğrunda: Gülnar Məmmədova - Türkan Məmmədyarova
Yarımfinalın cavab oyunlarında Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova sülh bağlayıb, Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovadan üstün olub.


