Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqası çərçivəsində keçirilən DH Volley – Turan matçı böyük azarkeş marağına səbəb olub.

Offsideplus.az xəbər verir ki, oyun AVF-nin idman zalında baş tutub.

Zalın tutumu 340 nəfərlik olsa da, oyunu izləmək üçün bundan daha çox azarkeş arenaya gəlib.

Qeyd edək ki, qarşılaşma "DH Volley"in 3:2 hesablı qalibiyyəti ilə başa çatıb. Hazırda "DH Volley" turnir cədvəlində ikinci, "Turan" isə 1 xal üstünlük ilə birincidir.