"Avstraliya Open" turnirində mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, son çempion Yannik Sinner korta çıxıb.
O, ilk turda Huqo Qastonla qarşılaşıb və çətinlik çəkmədən qələbə qazanıb - 6:2, 6:1.
Qaston zədəsinə görə 3-cü setə çıxa bilməyib.
Qadınlar mübarizəsində dünya 5 nömrəsi Yelena Rıbakina sloveniyalı Kayya Yuvanla üz-üzə gəlib.
Rıbakina işi 2 setdə bitirib - 6:4, 6:3.


