Türkiyəli tennisçi Zeynep Sönmez argentinalı Xulia Rieranı məğlub edərək "Avstraliya Open" turnirinin əsas mərhələsində iştirak etməyə bir addım da yaxınlaşıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı idmançı rəqibinə cəmi 4 xal verib.

O, həlledici oyunda Anastasio Qasanova ilə qarşılaşacaq.

Z. Sönmez WTA reytinq cədvəlində 112-ci sıradadır. Onun rəqibi isə 212-ci yerdədir.

Qeyd edək ki, "Avstraliya Open" turnirinə yanvarın 18-də start veriləcək.