Azərbaycanlı hakim Kəmalə Əsgərova beynəlxalq oyun idarə edəcək.

Offsideplus.az xəbər verir ki, o, Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

O, qadın voleybolçular arasında keçiriləcək Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte IF" komandaları arasında görüşdə ikinci hakim olacaq.

Qeyd edək ki, bu görüş Çelenc Kubokunun 1/8 final mərhələsinin cavab oyunudur.

Matç yanvarın 15-də Serbiyada baş tutacaq.