"Paris Sen-Jermen" rəhbərliyi yay transfer pəncərəsində "Real Madrid"in müdafiəçisi Antonio Rüdigeri heyətə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Fransa klubu alman futbolçuya yaşına baxmayaraq cəlbedici və uzunmüddətli müqavilə təklif etməyə hazırdır. Məqsəd onu Madriddən ayrılmağa razı salmaqdır.

PSJ rəhbərliyi hesab edir ki, komandanın heyətində gənc futbolçuların sayı çoxdur və Rüdiger kimi təcrübəli oyunçu paltardəyişmə otağında liderlik və sabitlik gətirə bilər.

Hazırda futbolçunun gələcəyi ilə bağlı rəsmi qərar verilməyib.