Coşqun Diniyevin çıxış etdiyi "Çorumspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Tuncay Şanlının yetirmələri "Keçiörengücü"nü qəbul edib. Matçın ilk hissəsi qonaq komandanın üstünlüyü ilə başa çatıb - 2:1.

"Çorumspor" görüşdə geri dönüş etməyi bacarıb və ardıcıl ikinci qələbəsini qazanıb - 3:2.

Matça start heyətində başlayan Coşqun ilk hissədən sonra əvəzlənib.