Futbol üzrə Azərbaycan çempionatının I Liqasında XVI tura start verilib.
Offsideplus.az xəbər verir ki, bu günə 2 oyun nəzərdə tutulsa da, "Mingəçevir" - "Difai" görüşü əlverişsiz hava şəraitinə görə sabaha təxirə salınıb.
Belə olan halda, günün yeganə qarşılaşması Binə qəsəbə stadionunda "Baku Sportinq" və "Cəbrayıl" komandaları arasında gerçəkləşib.
Matç "Baku Sportinq"in 1:0 hesabılı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyini Luka Stevanoviçin 39-cu dəqiqədə vurduğu qol həll edib. Qarşılaşmanın axırları isə gərgin anlara səhnə olub. Görüşün baş hakimi Rövşən Rəcəbov əsas vaxtın bitməsinə 3 dəqiqə qalmış 2 futbolçunu - Orxan Fərəcov ("Baku Sportinq") və Okan Təhməzlini ("Cəbrayıl") meydançadan qovub.
Turun digər oyunları sabah keçiriləcək.