"Qəbələ” bəzi futbolçuları ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

Həmçinin “Qəbələ” yetirməsi olan Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Qeyd edək ki, "Qəbələ" hazırda 1-ci liqanın turnir cədvəlində 30 xalla liderdir.