“Qəbələ”nin yarımmüdafiəçisi Salman Ələsgərov əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, gənc oyunçu 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı əməliyyat olunub.

Futbolçunun ayağı 1 ay gipsdə qalmalı olacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək.

Qeyd edək ki, Salman bu mövsüm I Liqada 5 oyunda meydanda olub. Onun aktivində 1 qol var.