I Liqada çıxış edən "Difai" qış fasiləsinə 8-ci pillədə yollanıb.

Offsideplus.az xəbər verir ki, Ağsu təmsilçisinin hesabında 11 turdan sonra 8 xal var.

"Fədailər" mövsüm ərzində ev oyunlarını "Şamaxı" Olimpiya Kompleksində keçirdilər. Klubun bu problemi tezliklə həll olunacaq. Redaksiyamıza daxil olan məlumata görə, "Difai" II dövrədən etibarən ev oyunlarını Ağsuda keçirəcək. Artıq arenada bütün işlər yekunlaşıb. Ot örtüyü də yenilənib. Sadəcə, UEFA nümayəndələri stadiona baxış keçirməlidirlər. Bu hadisə də qış fasiləsi ərəfəsində həyata keçəcək. 

Qeyd edək ki, "Difai" 13-cü turda "Qəbələ" ilə qarşılaşacaq. Həmin matç Ağsu şəhər stadionunda baş tutacaq.