I Liqada çıxış edən "Mingəçevir"in 2 üzvü və inzibatçısı hüquq-mühafizə orqanları tərəfindən sorğu-sual ediliblər.
Offsideplus.az xəbər verir ki, söhbət oyunçular Xəyal Xudaverdiyev və Muxtar Nəzərovdan gedir. İnzibatçı isə Məhəmməd Məmmədovdur. Onlar Mingəçevirdə yaşadıqları evdə səs-küy salıblar. Qonşular da adı çəkilən şəxsləri polisə şikayət ediblər. Hüquq-mühafizə orqanı tərəfindən sorğu-sual edildikdən sonra, xuliqanlıq maddəsi ilə cəzalanaraq cərimə ediliblər.
Klubdan verilən məlumata görə, adı çəkilən şəxslər "Mingəçevir" rəhbərliyi tərəfindən də tənbeh ediliblər.